1342
16:24
16 Noyabr 2019

Azərbaycanda bədbəxt HADİSƏ: kişi yarımstansiyada...

Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Binaların birinin qarşısında olan yarımstansiyada təxminən 35-40 yaşlarında kişi meyiti aşkarlanıb.

İlkin ehtimala görə, mərhumu elektrik cərəyanı vurub. Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.