599
15:47
16 Noyabr 2019

Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.
Lent.az -a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, noyabrın 16-da nazir Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.