493
19:07
16 Noyabr 2019

Koutinyo “Tottenhem”ə keçə bilər


İngiltərənin “Tottenhem” klubu “Bavariya”da icarə əsasında oynayan braziliyalı ulduz oyunçu Koutinyonu heyətinə cəlb etmək istəyir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 2017-2018-ci il mövsümünün qış transfer pəncərəsində “Barselona”nın “Liverpul”dan heyətinə qatdığı və bu mövsüm öncəsi Münhen klubuna icarəyə verilən Filippe Koutinyo bu mövsümün sonunda “Tottenhem”ə keçə bilər.

Məlumata görə, “Tottenhem”in baş məşqçisi Mauriso Poçennonun özəl olaraq komandasında görmək istədiyi Koutinyo mövsümün sonunda “Bavariya” ilə icarə əsasında müqaviləsi başa çatandan sonra London klubunun “Barselona” ilə anlaşacağı təqdirdə karyerasını İngiltərədə davam etdirəcək.

Poçettino ilə 2012-ci ildə 6 ay “Espanyol”da çalışan Koutinyonun da argentinalı baş məşqçi ilə yenidən bir yerdə olmaq istədiyi bildirilir.

Koutinyo bu mövsüm “Bavariya” forması ilə 15 rəsmi oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.