608
13:16
16 Noyabr 2019

Maşınla vurulan qadın öldü

Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, noyabrın 15-də saat 19 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Ağcabədi rayon sakini İ.Məhəmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səbinə Həsənovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.