462
18:00
14 Noyabr 2019

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapılıb.

Bu barədə Lent.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Məmmədov İsrafil Şirin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.