1261
22:20
13 Noyabr 2019

Anasını maşın vurduğunu görən oğul şoka düşdü: hər ikisi xəstəxanaya yerləşdirilib

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi bir nəfərin ağır xəsarət almasına səbəb olub.

APA xəbər verir ki, rayonun Müşviqabad qəsəbəsində yolu keçmək istəyən orta yaşlı Xatirə İsayevanı avtomobil vurub.

Hadisə X.İsayevanın oğlunun gözü qarşısında baş verib və o, şok keçirib.

X.İsayeva ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Yaralının oğlu isə xəstəxananın Terapiya şöbəsinə köçürülüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.