818
20:26
13 Noyabr 2019

Bədbəxt hadisə: kənd sakini aşan kranın altında qaldı

Oğuz rayonunda tikinti sahəsində yükqaldıran kran aşıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.

Hadisə nəticəsində Qax rayonu Qaxbaş kənd sakini 1955-ci il təvəllüdlü Otaraşvili Zauri Qriqoryeviç kranın altında qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Otaraşvili Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirilir ki, Z.Otaraşviliyə ilkin yardım göstərilib, müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.