444
20:18
13 Noyabr 2019

Bulvarda dənizə düşən şəxs sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən APA -ya verilən məlumata görə dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.