1592
19:20
13 Noyabr 2019

9 yaşlı uşaq 400-ə yaxın cinayət törətdi - TÜRKİYƏDƏ

İstanbulun Maltepe rayonunda 9 yaşlı bir uşağın 397 cinayət hadisəsi törətdiyi aşkarlanıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maltəpə Rayon Polis Şöbəsi son zamanlarda çantaların qaçırılması, cibgirlik, iş yerlərindən və avtomobillərdən oğurluq hadisələrinin artmasından sonra araşdırma aparıb.

Araşdırmalar nəticəsində təhlükəsizlk kameralarındakı qeydləri təhlil edən polislər hadisələrin 9 yaşındakı bir uşaq tərəfindən törədildiyini aşkarlayıb. Belə ki, 9 yaşlı uşağın ümumillikdə 397 cinayət hadisəsi etdiyi ortaya çıxıb.

Prokurorluğun təlimatıyla 9 yaşlı uşaq Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nəzdində olan müşahidə evinə göndərilib.