469
17:55
13 Noyabr 2019

Həbsxanadan qaçdı: "yubka" geyinib oğurluq etdi

Türkiyədə həbsxanadan qaçan məhkum qadın paltarı geyinərək oğurluq edib.

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Aydın vilayətinin Efelər qəsəbəsində qeydə alınıb. Tanınmamaq üçün qadın paltarı geyinən 3 nəfər marketin şüşəsini sındırıb içəri daxil olaraq 2 kassa aparatını götürüblər. Aydın şəhər Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik kamerasından istifadə edərək oğrular – M.G., Y.Y. və S.B.nı tuta biliblər.

Saxlanılan şəxslər cinayət işi açıldıqdan sonra qapalı cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər. Araşdırma zamanı Y.Y.nın həbsxanadan qaçdığı üçün axtarışda olduğu müəyyən edilib.