883
14:36
13 Noyabr 2019

Rus deputat Njdenin abidəsini qaraya boyadı

Rusiyanın Armavir şəhərində Qaregin Ter-Arutyunyanın (Njde) xatirə lövhəsi qara boya ilə rənglənib. Lent.az -ın məlumatına görə, bu barədə Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov “Krasnaya Vesna” agentliyinə bildirib. Deputat Vinoqradov lövhəni şəxsən boyayıb.

Xatırladaq ki, yerli Rusiya Erməniləri İttifaqı lövhəni sökəcəklərini ilə bağlı vədlərinə əməl etməyiblər. Nəticədə sökmə ilə bağlı verilmiş iki həftəlik müddət bitib.

Çünki bir qədər əvvəl deputat bildirmişdi ki, lövhə sökülməsə, o, həmin abidəni təhqir edəcək.