479
19:03
12 Noyabr 2019

Azərbaycanda bir yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ

Azərbaycanda 2018-ci ildə 1 yaşadək 1 547, 2017-ci ildə 1 700, 2016-cı ildə 1 666, 2015-ci ildə isə 2 033 uşaq dünyasını dəyişib.

Lent.az məlumat verir ki, ötən il 1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Belə ki, sözügedən hallardan 1 001 (2017-ci ildə 1 028) körpə dünyasını dəyişib.

Daha sonra anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 147 (2017-ci ildə 155), tənəffüs sistemi xəstəliklərindən il 140 (2017-ci ildə 235), sinir sistemi xəstəliklərindən 98 (2017-ci ildə 103), bəzi infeksion və parazitar xəstəliklərdən 35 (2017 44) uşaq ölüb.

Bundan başqa travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2017-ci ildə 12), həzm sistemi xəstəliklərindən 8 (2017-ci ildə 15), digər səbəblərdən isə 106 (2017-ci ildə 108) körpə dünyasını dəyişib.