413
18:38
12 Noyabr 2019

Dələduzluq edən kişi və qadın saxlanıldı

Dələduzluq etdiyinə görə tutulmuş E.Qurbanovun ətrafında Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun rayon sakinləri olan 3 qadını aldadıb bank kartlarından ümumilikdə 964 manatı çıxararaq oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Bakı şəhər sakinləri Ə.Adıgözəlovanın 3500 manatını və Ş.Sadiqinin 588 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova saxlanılıb.