1560
17:00
12 Noyabr 2019

Müğənni "hacı"ları söydü - VİDEO

Müğənni Pərvin Lətifov çəkiliş zamanı qeyri-etik ifadələr işlədib.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, "X maqazin"sənətçidən müsahibə alarkən əvvəlcə toy qiymətini soruşub. İfaçı ona ünvanlanan "Talıb Tale toya yarım saatı 3 min manata gedir" sözlərinə "Mən 1000 manata gedirəm. Əcəb edir, hələ azdır, 5 min etməlidir. Talıba tələbat olmasa, o qədər qiymət qoyar?", cavabını verib.

Pərvini əsəbiləşdirən isə şou-biznesdəki son günlər aktiv olan "Hacı" mövzusu olub. O, "Notu bilmirlər, amma soruşanda Hacı hansı maşını sürür, deyirlər. Sənin də, Hacının da...", sözlərini deyib.

İfaçının səsini proqram zamanı kəsiblər.