1327
18:45
12 Noyabr 2019

Piketə cəhdə görə saxlanılan müsavatçılar sərbəst buraxıldı - YENİLƏNİB

Müsavat Partiyasının bu gün keçirməyə cəhd göstərdiyi piketlə əlaqədar saxlanılanlar - partiya başqanının müavinləri Fərəc Kərimli, Səxavət Soltanlı, partiyanın Səbail rayon təşkilatının sədri Zakir İsmayıl, Müsavat Partiyasının üzvü Yaşar Türkazər və digərləri sərbəst buraxılıblar.

Bu barədə APA -ya partiyadan bildirilib.

***

Saat 16:11

Bu gün Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında piket keçirməyə cəhd göstərib.

APA-nın məlumatına görə, polis razılaşdırılmamış aksiya cəhdinin qarşısını alıb.

Müsavat Partiyası başqanının müavinləri Fərəc Kərimli, Səxavət Soltanlı, partiyanın Səbail rayon təşkilatının sədri Zakir İsmayıl, Müsavat Partiyasının üzvü Yaşar Türkazər və digər şəxslər polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.