6008
18:12
17 Noyabr 2019

Pampersdən istifadə edənlərin NƏZƏRİNƏ: "Bunu etməsəniz..." - Uşaqlar üçün çox təhlükəlidir

Müxtəlif firmaların məhsulları olan körpə bezləri həm təmizlik, həm də gecələr rahatlıq baxımından analar üçün çox əlverişli vasitədir. Ancaq son günlər uşaq bezlərinin mənfi təsirləri ilə bağlı müxtəlif fikirlər səslənir. Bu büzlərin oğlan uşaqlarında sonsuzluğa səbəb olduğu da iddia edilir.

Maraqlıdır, bezlər uşaqlar üçün həqiqətən təhlükəlidirmi?

Pediatr Sara Mansurova Lent.az -a bildirib ki, bezin istifadəsi qaydalarına düzgün riayət olunursa, problem yaranmaz:

“Pamperslərin zərərli tərəfi odur ki, bəzi analar onu vaxtında dəyişmir. Bu da gələcəkdə bəzi problemlərə yol açır. Məsələn, qız uşaqlarında pampers vaxtında dəyişdirilməsə, nəcisdə olan mikroblar uşaqlıq yoluna keçərək uşaqlığın iltihabına səbəb ola bilər. Bundan başqa, oğlan uşaqlarında isə daha çox xayalarda problem yarana bilir. Xaya aşağıda yerləşdiyi üçün dolmuş pampers xayanı sıxaraq inkişafdan saxlaya bilər”.

Həkim onu da qeyd edib ki, pampersin ziyanı ilə yanaşı, xeyirli tərəfləri də var:

“Əgər bezlər vaxtında dəyişdirilib, uşağa düzgün qulluq edilərsə, təmizlik baxımından əlverişlidir və bəzi bişməcə olan uşaqlara müsbət təsir göstərir”.