1515
19:32
09 Noyabr 2019

Elnarənin 18 saata çəkilən klipi - VİDEO

Azərbaycanlı müğənni Elnarə Xəlilova "Məhəbbət başlar" adlı mahnısına çəkilən klipini təqdim edib.

Lent.az -ın məlumatına görə, ekran işi Astarada lentə alınıb. 18 saata çəkilən klip üzərində 20 nəfər yaradıcı heyət çalışıb. Klipin rejissoru Nail Naiboğlu, operatoru Ruslan Ağazadədir. "Məhəbbət başlar" mahnısının musiqisi Muxtar Abseynov, sözləri Cavidana məxsusdur.

"Məhəbbət başlar" mahnısına çəkilən klipə bu linkdən baxa bilərsiniz: