15745
12:28
09 Noyabr 2019

Namiq 2-ci evliliyindən danışdı: "...insanlara qarşı üzüm dönüb"

Meyxanaçı Namiq Qaraçuxurlu “Şou ATV”nin qonağı olub.

Lent.az -ın məlumatına görə, söz ustası verilişdə sənət yolundan danışıb:

“Həyatın bəzi ağırlıqları var ki, o səni heç zaman tək eləmir. Daim onun kölgəsində gəzirsən. Nəyi ağır sayıram? İnsanların xəyanətini. Zamanında yanında olduğum insanlara qarşı üzüm dönüb. Qarşıma məqsəd qoydum, başladım pul qazanmağa. Dedim ki, bütün tanıdığım insanlara ən azı 1 dəfə kömək edəcəm. Üzü yola olmağım mənə çox peşmançılıqlar qazandırdı. Dəfələrlə yardım etdiyim insanların əlinə imkan düşən kimi, birinci məndən intiqam almaq istəyib. Bilmirəm niyə? Artıq özü düşünürəm. Eqoist olmağa başlamışam. Heç bir zaman insanın puluna baxmayın. Yanınızda hər zaman mərd insanlar olsun”.

N.Qaraçuxurlu daha sonra 2-ci evliliyindən olan övladının ona oxşamamasını istədiyini deyib: “İstəmirəm ki, övladım gələcəkdə mənim səhvlərimi təkrarlasın. Yəni keçmiş xarakterimdə olmasın. Qorxduğum odur ki, mənə oxşayar. Mənə oxşasa, çətin olacaq”.

Qeyd edək ki, N.Qaraçuxurlu 2015-ci ildə 2-ci dəfə ailə qurub. Meyxanaçının həmin nikahdan 1 övladı var. Lakin ifaçı heç bir zaman ilk evliliyi barədə danışmayıb. Onun ilk evliliyindən 2 oğlu var.