1037
19:53
08 Noyabr 2019

Bakıda avtobus yük maşınına çırpıldı: yaralılar var

Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

APA -nın məlumatına görə, hadisə Bakı-Qazax şosesinin Qaradağ rayonunun ərazisinə düşən hissəsində, DYP-nin stasionar postunun yaxınlığında qeydə alınıb.

Məlumata görə, “Ford” markalı sərnişin mikroavtobusu yük avtomobilinə çırpılıb.