1763
19:23
08 Noyabr 2019

Məktəbli qızın başı kəsilməsi ilə bağlı video yayan saxlanıldı - RƏSMİ

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.

Lent.az -aın bildirir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, həmin faktlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Nazirliyin məlumatında qeyd edilir ki, bu il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirən şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonu, Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.