441
10:30
09 Noyabr 2019

İLK DƏFƏ: dərmanlar müştəriyə dron vasitəsilə çatdırıldı

"UPS Flight Forward" çatdırılma xidmətinin pilotsuz təyyarəsinin köməyi ilə resept üzrə dərmanlar birbaşa müştərinin evinə çatdırılıb.

Lent.az "ictnews"a istinadla xəbər verir ki, çatdırma "CVS" apteki ilə əməkdaşlıq çərçivəsində, həmçinin pilotsuz uçan aparatlar üzrə ixtisaslaşmış "Matternet" logistik şirkəti ilə birgə həyata keçirilib.

Uçuş avtonom şəkildə, amma operatorun müşahidəsi altında həyata keçirilib. Şirkət ümid edir ki, gələcəkdə belə pilotsuz uçan aparatlar məhdud fiziki imkanlı müştərilərin dərman vasitələri əldə etməsini asanlaşdıracaq.

Pilotsuz təyyarələrin köməyi ilə çatdırılma prosesinin zəif inkişafı əsasən şirkətlərə operatorun birbaşa görünüşündən kənarda və ya Federal Aviasiya İdarəsinin lazımi icazəsi olmadan gecə vaxtı uçmağa imkan verməyən tənzimləmə məsələləri ilə bağlıdır.