501
18:22
08 Noyabr 2019

Salyanda avtomobil aşdı: ölən və yaralananlar var

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin - 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb.

Avtomobilin sürücüsü və sərnişin, Salyan sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.