518
16:25
08 Noyabr 2019

İstirahət günləri hava necə olacaq?

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 16-21, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 16-21, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti təşkil edəcək.