2430
15:30
08 Noyabr 2019

Vüqar Muradovun evindən pul oğurlandı - İŞƏ POLİS QARIŞDI

Azərbaycanlı müğənni Vüqar Muradovun evindən 3500 manat oğurlanıb.

Bu barədə Lent.az -a V.Muradovun özü məlumat verib. İfaçı bildirib ki, oğurluğu evinə gələn usta edib:

“Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən.

Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur. Bir sözlə, boynuna almadı, mən də bununla bağlı polisə müraciət etdim, indi polislər yoldadır, evə gəlirlər”.