609
14:25
08 Noyabr 2019

Bakı metrosuna 4 yeni qatar alınacaq

Yaxın 3 il ərzində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti proporsional olaraq hər il 4 qatar alacaq.

" APA -Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin baş mühəndisi Əlixan Osmanov deyib

Onun sözlərinə görə, bu illər ərzində ömrünü başa vuran vaqonların istismardan çıxarılması ilə bağlıdır.

"Gələn ilin fevral ayında birinci qatar Bakıya gətiriləcək", - Ə. Osmanov qeyd edib.