684
19:48
08 Noyabr 2019

Bu il Gürcüstana buraxılmayan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

2019-cu ilin əvvəlindən oktyabrın 20-dək 21975 nəfərin Gürcüstanın dövlət sərhədini keçməsindən imtina edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirildiyinə görə, bu il Gürcüstana 9272 İran və 4238 Hindistan vətəndaşı buraxılmayıb.

İlk beşlikdə Azərbaycan (1607), Türkiyə (1231) və Rusiya (949) da var.

Bundan əlavə, Ermənistanın 507 vətəndaşının da Gürcüstan sərhədini keçməsinə icazə verilməyib. Sonrakı sıralama belədir: Türkmənistan (430), Pakistan (392), Özbəkistan (386), Misir (288), İraq (234), Qazaxıstan (206), Qırğızıstan (168), Suriya (165), Yəmən (152), Filippin (136), Çin (125), Moldova (121), Əfqanıstan (110) və Şri-Lanka (105).

Digər ölkələr üçün bu göstərici 100 nəfərdən az təşkil edir.