2214
11:07
08 Noyabr 2019

Soyunan azərbaycanlı müğənni danışdı: "...işləməyə davam edirəm"

Müğənni Dilarə Kazımova plastik əməliyyat etdirməkdən qorxduğunu deyib.

Lent.az -ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb:

“Mənə tez-tez sual verirlər ki, estetik əməliyyat keçirmisiniz? Buna yeganə cavabım budur: Xeyr. Əməliyyat proseslərinin hər birindən ehtiyat edirəm. Bunu müəyyən faktlara əsaslanıb edirəm. Özümü olduğum kimi sevirəm. Ancaq üzərimdə işləməyə də davam edirəm. Məqsədim, bu gün dünənkindən daha yaxşı olmaqdır. Sizə isə kiçik məsləhətim: özünüzü sevin. Cərrahiyyə, estetik müdaxilə bir fəsada çevrilə bilər. Sadəcə, üzərinizdə çalışın. İdeal olmaq öz əlimizdədir. Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman etdirərəm və məni narahat edən məqamdan azad olaram”.