262
03:20
08 Noyabr 2019

Suriyada neft emalı zavodunda partlayış: 1 ölü, 1 yaralı

Suriyanın Liman şəhəri olan Banyasda (Tartusdan 35 km şimalda) neft emalı zavodunda partlayış baş verib.

APA TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində zavodun bir işçini ölüb.

Suriya Neft və mineral ehtiyatlar naziri Əli Qanim bildirib ki, partlayış təmir işləri aparılarkən baş verib: "Partlayış nəticəsində zavodun işçisi İmad Hamza ölüb, müəssisənin mühəndisi Hüsam Həsan isə yaralanıb".