214
01:15
08 Noyabr 2019

Tvitterin keçmiş işçiləri casusluqda ittiham olunur


ABŞ-ın San Francisco ştatının məhkəməsi keçmiş Tvitter işçilərini bəzi istifadəçilərin şəxsi məlumatlarını pul qarşılığında Səudiyyə hökümətinə ötürməkdə ittiham edirlər.

APA -nın BBC-yə istinadla verdiyi məlumata görə, istintaq sənədində göstərilir ki,
onların məlumatlarını ötürdükləri şəxslər sırasında Səudiyyə hökümətinə müxalif olanlar da var.

İttiham sənədində Tvitter-in keçmiş əməkdaşları Ahmad Abouammo və Ali Alzabarah casusluqda günahlandırılıblar.

Üçüncü şəxs Səudiyyə Kral ailəsi üçün işlədiyini bəyan edən Səudiyyə Ərəbistanı vətəndaşı Ahmed Almutairiyə də eyni ittiham irəli sürülüb. O, Twitter-in keçmiş əməkdaşları ilə Riyad arasında əlaqələri təşkil etməkdə gunahladırılıb.

Məhkəmənin qərarı ilə Ahmad Abouammo "qaçmaq təhlükəsi"nə görə həbsdə qalıb.

ABŞ Xarici İşlər Nazirliyi digər iki nəfərin Səudiyyə Ərəbistanında olduğunu bildirib.

Abouammo sənəd saxtalaşdırmaqda və ABŞ Federal Təhqiqat Bürosuna (FTB) yalan məlumat verməkdə ittiham olunub.

Tvitterdə mühəndis olaraq çalışmış Alzabarah da 2015-ci ildə Səudiyyə rəsmiləri üçün 6 min istifadəçinin şəxsi məlumatlarını əldə etməkdə günahlandırılır.

Rəhbərlik bu hərəkətlərdən xəbərdar olandan sonra ona inzibati məzuniyyət verilib və o, bundan sonra həyat yoldaşı və qızıyla birgə Səudiyyə Ərəbistanına qaçıb.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi hələki məsələ ilə bağlı aşıqlama verməyib.