554
17:27
07 Noyabr 2019

Müsavatın piketinə icazə verilmədi

Bakı şəhər İcra Hakimiyyətindən Müsavat Partiyasının noyabrın 12-də keçirmək istədiyi piketlə bağlı müraciətinə cavab verilib.

APA -nın məlumatına görə, icra hakimiyyətində partiyanın müraciətinə müvafiq qaydada baxılıb və piketə icazə verilməyib.

Müsavat Partiyası noyabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib.