1090
14:54
05 Noyabr 2019

Kərim intihara cəhd edib: "Anamla qardaşım..."

Müğənni Kərim Abbasov intihara cəhd edib.

Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “ APA TV”nin “Günün yarısı” verilişində danışıb:

“Təxminən 4-5 dəfə depressiyaya düşmüşəm. Birində tam dərin depressiya yaşadım. Hətta maşınımla birgə özümü körpüdən atırdım. Yaxşı ki, menecerim yanımda idi. O, avtomobilin sükanını fırlatdı ki, aşağı yuvarlanmayaq. Bu, depressiyadan idi. O vəziyyətdən çıxmaq istəyirdim. Ondan sonra Azərbaycandan İstanbula köçdüm. Psixoloji cəhətdən pis vəziyyətdə idim. İki ay yataq xəstəsi oldum. Türkiyədən Azərbaycana qayıtdım, sonra 2 ay Piterdə yaşadım. Oradan yenidən vətənə qayıtdım. Depressiya hər kəsin həyatında ola bilər. Məni Azərbaycanda anamla qardaşım saxladı”.