503
10:13
05 Noyabr 2019

"Onlara cinayət işi açılsaydı..." - Aslan şikayətçi oldu - VİDEO

Müğənni Aslan Hüseynov hazırki dövrdə Azərbaycanda yaxşı mahnıların olmadığını deyib.

Lent.az -ın məlumatına görə, o, “Sayqa ilə” verilişində deyib ki, çoxuna indi mahnı maraqlı deyil:

“Elə gənclər var ki, onları dinləyirəm, zövq alıram. Elələri də var ki, ağzını açan kimi bilirsən ki, nə oxuyacaq. Elələrinə qulaq asmasaq yaxşıdır. Heç bir sahədə ümumi danışmaq düzgün deyil. İndi pis mahnı çoxdur. Bu gün musiqini pis günə salmaq üzrə cinayət işi açılsaydı, çoxunu içəri basardılar. Deyərdilər ki, bu nədir oxumusan? İndi mahnı ilə maraqlanan yoxdur. Hətta çoxu müğənniləri səhv salır”.