201
10:43
04 Noyabr 2019

Güləşçilərimiz beynəlxalq turnirdə beş medal qazandı

Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

APA -nın məlumatına görə, yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında Azərbaycanı təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxıb.

Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazanıb. Rəşid Sadıxhacıyev (80 kq) ilə Saqadulla Ağayev (92 kq) isə üçüncü yeri tutublar.