580
12:16
03 Noyabr 2019

“Qarabağ”ı udmaq üçün lazım olsa, ölməliyik” - APOEL-in futbolçusu

APOEL-in yarımmüdafiəçisi Draqan Mixayloviç “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunu haqda fikirlərini açıqlayıb.

Kiprli jurnalistlərə müsahibəsində o, qarşıdakı oyunun çox əhəmiyyətli olduğunu söyləyib.

“Biz bu matçda qələbə qazanmalıyıq və lazım olsa, meydanda ölməliyik. Hamıya göstərmək istəyirik ki, ən güclü komandayıq”.

Xatırladaq ki, APOEL – “Qarabağ” görüşü noyabrın 7-də Nikosiyada keçiriləcək.

(Qol.az)