598
19:40
02 Noyabr 2019

20 yaşlı futbolçu qətlə yetirildi

Yamaykanın qadınlardan ibarət millisinin futbolçusu Taraniya Klark ölkənin paytaxtı Kinqstonda davada öldürülüb.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, 20 yaşlı Klark mobil telefona görə digər qadınla davada bıçaqlanıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Qətldə şübhəli bilinənin saxlanıldığı bildirilir.

Klark Yamayka millisinin heyətində 3 oyun keçirib və iki qol vurub. O, “Uoterhaus” klubunun kapitanı idi.