530
13:41
02 Noyabr 2019

Ronaldunun anasından İTTİHAM: mafiya oğluma mane olur

“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun anası Doloreş Aveyra futbol mafiyasının oğlunun mükafatını almasına mane olduğunu açıqlayıb.

“Əgər o ispan, yaxud ingilis olsaydı, onlar belə davranmazdılar. Bunun hamısı onun portuqaliyalı olmasına görədir”, - Lent.az xarici KİV-ə istinadla bildirir ki, məşhur futbolçunun anası vurğulayıb.

Buna baxmayaraq, o əmindir ki, Ronaldu bu il “Qızıl top” mükafatını qazanacaq.

Ronaldu 2019-cu ildə “Qızıl top”a 30 namizəddən biridir.

“Qızıl top” futbolda əsas fərdi mükafatdır, ilin nəticələrinə görə “France Football” jurnalı tərəfindən ən yaxşı oyunçuya verilir.

Ronaldu “Barselona”nın forvardı Lionel Messi kimi 5 dəfə bu mükafatın sahibi olub. Ötən il mükafatı “Real”ın yarımmüdafiəçisi Luka Modriç alıb.