216
09:43
02 Noyabr 2019

Taekvondoçumuz Avropa Oyunlarında bürünc medal qazandı

İtaliyanın Bari şəhərində taekvondo üzrə Avropa Oyunları start verilib.

APA -nın məlumatına görə, G4 kateqoriyalı yarışın ilk günündə Azərbaycan millisi medal hesabını açıb.

Yığmanın heyətində Qaşım Maqomedov fərqlənib. 58 kq çəki dərəcəsində bürünc medala sahib olub.

Qeyd edək ki, Avropa Oyunlarında qitənin 45 ölkəsindən 213 idmançı (114 kişi, 99 qadın) mübarizə aparır. Turnirin qalibi aktivinə 40, ikinci yerin sahibi 24,5, bürünc mükafatçı isə 17,5 xal əlavə edəcək. Azərbaycan millisi yarışa 6 idmançı ilə yollanıb.