711
18:29
30 Oktyabr 2019

Gavalı turşusunun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Nenemin Metbexi” adı ilə məşhur olan səhifəyə istinadla gavalı turşusunun necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
İçlik üçün: 500 qram şirin bibər, 200 qram sarımsaq, 200 qram acı bibər, 1 dəstə cəfəri, 1 dəstə yaşıl nanə, 1 xörək qaşığı quru nanə, 1 xörək qaşığı duz
Marinad üçün: 1 litr qaynadılmış soyuq su, 200 ml üzüm sirkəsi, 1 xörək qaşığı duz, 1 çay qaşığı şəkər tozu.
Hazırlanma qaydası:
Gavalıları yuyuruq, süzürük və tumunu çıxarırıq. Sonra dərin bir qab götürüb içərisinə bibərləri, sarımsağı, cəfərini və yaşıl nanəni doğrayıb içlik hazırlayırıq. Doğradığımız ərzaqlara quru nanəni və duzu töküb qarışdırırıq. İçliyi gavalılara əlavə edib, sterilizə olunmuş bankalara yığırıq və marinad hazırlayırıq. Marinadı hazırlamaq üçün bankaya su, duz, üzüm sirkəsi və şəkər tozu əlavə edib yaxşıca qarışdırırıq. Hazırladığımız marinadı turşuları yığdığımız bankalara əlavə edib qapağını möhkəm bağlayıb sərin yerdə saxlayırıq.
Nuş olsun!