315
11:28
29 Oktyabr 2019

Zeytun yağlı Ukrayna salatı - RESEPT - VIDEO

Tərkibi:
200 qr. qırmızı lobya
1 baş qırmızı soğan
2 badımcan
Cəfəri
Duz
İstiot
Qızartmaq üçün Zeytun yağı
Hazırlanması:
1.Badımcanı soyub orta hissələrə doğrayırıq. Badımcanın acılığını duzdu suda
çıxardırıq.
2.Badımcanın suyunu süzürük. Mətbəx salfeti ilə artıq suyunu çıxardırıq.
Zeytun yağında yaxşı qızardırıq.
3.Qızarmış badımcanı yenə mətbəx salfetinə yığırıq ki, artıq yağı çəkdin.
4.Dərin qaba badımcanı əlavə edirik. Üstünə baş soğan kəsirik. Lobyanı əlavə
edirik.
5.Xırda kəsilmiş cəfəri səpirik.
6.Duz və istiot səpirik.
7.Hamısını yaxşı qarışdırırıq.
8.Ehtiyyac olarsa əlavə Zeytun yağı tökə bilərsiniz salata.
Konservləşdirilmiş qırmızı lobya olmasa, adi suda bişən lobya əlavə edin.
Nuş olsun!