1032
16:39
25 Oktyabr 2019

Aysel onları bağışlamayacaq: "Günahım qalmayıb" - VİDEO

Müğənni Aysel Əlizadə barəsində tənqidi fikirlər yazanlardan danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “Show news” verilişinə açıqlamasında bildirib ki, onun barəsində neqativ yazanları bağışlamayacaq:

“Əgər bu gün nəyimsə varsa, özüm eləmişəm. 10 ildir səhnədəyəm. Özüm-özümə nəsə yarada bilmərəm? Məclislərim var. Barəmdə pis yazanlara da haqqımı halal etmirəm. Bir insanın gələcəyi ilə oynamaq, onu alçaltmaq olmaz. İllərdir qazandığım nüfuzu balaca bir söhbətlə yerə vuranları bağışlamıram. Haqqımda danışdıqca, günahıma girirlər. Günahım qalmayıb. Barəmdə danışın, haqqa girin”.