1075
13:55
25 Oktyabr 2019

Müğənni Ayan AĞLADI: "...qorxuram" - VİDEO

Müğənni Ayan Babakişiyeva şəxsi həyatından danışıb.

Lent..az-ın məlumatına görə, ifaçı “Show news" verilişində bildirib ki, tək qalmaqdan qorxur:

"Ailə qurmaq istəyirəm. Amma sevgi ilə ailə davam etmir. Sevgiyə gərək yoxdur, qarşılıqlı hörmət olmalıdır. Düşünürəm ki, məntiq evliliyi daha yaxşıdır. İllərdir ürəyim bağlıdır. Qızım Selena çox darıxır, bacı-qardaş istəyir. Amma uşağın istəyi ilə olan deyil ki... Elə bir insan artıq olmayacaq. Hər insan ana və ata ola bilməz. O yükü daşımaq hər adamın işi deyil.

Anamla heç vaxt ayrı qalmamışıq. Təklikdən çox qorxuram. Bilirəm ki, Selena böyüyəcək və ailə həyatı quracaq (ağlayır)".