1293
19:38
26 Oktyabr 2019

Narşərabı belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla narşərabın necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
Nar, (Duz, şəkər tozu - zövqə görə).
Hazırlanma qaydası:
Narları təmizləyib, dənələyirik. Sonra şirəsini sıxıb ləyənə əlavə edirik. Ləyəni ocağa qoyub şirəni qaynadırıq. Şirə qaynamağa başlayanda ocağı zəiflədib, taxta qaşıqla arada bir qarışdırmaq şərti ilə qaynadırıq. Şirə qaynadıqca, üzərinə yığılan köpükləri yığırıq. Narşərab hazır olduqdan sonra ləyəni ocaqdan götürürük. Soyuduqdan sonra sterilizə olunmuş butulkaya əlavə edirik.
Nuş olsun!