642
11:46
24 Oktyabr 2019

"Kaş bütün maviləri öldürərdilər" - Xalq artisti

Xalq artisti Əbdül Mahmudov bir neçə gün öncə söylədiyi “homoseksuallar güllələnməlidir” fikrinə aydınlıq gətirib.

Lent.az -ın məlumatına görə, o, "Hər şey daxil" verilişində deyib: "Kaş, o şey üstündə onları öldürərdilər, məni də gəlib tutardılar. Mənə elə sualla müraciət etdilər. Əxlaqı, mənəviyyatı olan xalqın nümayəndəsi kimi murdarlıqları qəbul etmirəm. Əgər bir kişi öz vücudunu qoruya bilmirsə, bundan nə gözləyək? Bütün bunlar Avropalıq deyil. Avropada 48 dövlət var, kimə oxşamağa çalışaq?

Fransada xanımlar yaxalarını açmırlar. Bizdə yaxalarını açıb, efirə çıxırlar. Avropa deyib, ağzımıza gələni edirik. Onlardan nə götürürük? Öyrəndiyimiz niyə pis olmalıdır".