818
10:23
24 Oktyabr 2019

Brilliant Dadaşova 3 həftəyə yarım milyon... - VİDEO

Xalq artisti Brilliant Dadaşovanın “Para, Para” adlı yeni klipinə 3 həftə ərzində yarım milyon baxılıb.

Lent.az -ın məlumatına görə, müğənni ekran işini türkiyəli rejissorlara həvalə edib. Onun bu işi Türkiyə mediasında da işıqlandırılıb.

Qeyd edək ki, mahnının sözləri Xalq artistinin özünə, musiqisi isə Fərid Kərimliyə məxsusdur.