404
13:47
23 Oktyabr 2019

71 yaşlı kişi avtobusda öldü

Sumqayıtda ölüm hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə 30 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunda qeydə alınıb. Belə ki, avtobusda olan sərnişin, 71 yaşlı Quliyev Eldar İbrahim oğlunun səhhəti qəfildən pisləşib və dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.