2284
15:41
23 Oktyabr 2019

"Səsi yoxdur, "Əməkdar artist" oldu? " - Xatirə İslam - VİDEO

Müğənni Xatirə İslam səsi olmayan müğənnilərdən danışıb.

Lent.az -ın məlumatına görə, o, "Show news" verilişində bildirib ki, səsləri olmayıb, amma əməkdar artist adı alan ifaçılar var:

"19 ildir peşəkar səhnədəyəm. İlk konsertimi 2000-ci ildə Heydər Əliyev Sarayında vermişəm. Hələ də Türkiyəyə gedib, hər ay səs dərsləri alıram. Mənim sənətimə söz demək istəyən insan, gərək musiqini çox bilsin. Görürəm ki, sənətdə məndən zəif olan "Əməkdar artist" adı aldı. Oxuya bilmir, necə oldu? Bunları görəndə küsürəm, efirə də çıxmıram. Deyirəm, qurtardı.

Bir-iki müğənni var, oxuya bilmir. Baxırsan, gedir konsert verir. Deyirəm, bu, necə oxuyacaq? Amma onlara da qulaq asanlar var".

.