246
12:47
23 Oktyabr 2019

FHN əməkdaşları intihara cəhdin qarşısını aldı

Bakıda intihara cəhd olub.
APA -nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.