303
12:38
23 Oktyabr 2019

Gürcüstanın keçmiş müdafiə naziri azadlığa buraxıldı

Gürcüstanın sabiq müdafiə naziri və “Qalib Gürcüstan” siyasi hərəkatının qurucusu İrakli Okruaşvili həbsdən azad edilib.
APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın "İmedi" telekanalı məlumat yayıb. Bildirilib ki, məhkəmə sabiq naziri 5 min lari girov müqabilində azadlığa buraxıb.
Qeyd edək ki, İ.Okruaşvili bu il iyunun 20-21-də Gürcüstan parlamenti qarşısında baş vermis qarşıdurma ilə əlaqədar iyulun 25-də həbs edilib. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin qrup zorakılığı təşkil etmək, iştirak və rəhbərlik etmək maddəsi ilə cinayət işi açılıb.