257
10:23
23 Oktyabr 2019

Fəhlə eyvandan yıxıldı

Bakıda fəhlə hündürlükdən yıxılaraq xəsarət alıb.
Lent.az -ın hüquq-mühafizə orqanalrından əldə etdiyi xəbərə görə, bu barədə Kliniki Tibbi Mərkəzdən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib. Məlumatda bildirilir ki, 40 yaşlı Ramin Novruzov hündürlükdən yıxılaraq kəllə-beyin travması alıb.
Polis əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, Ramin Novruzov oktyabrın 22-də Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən, vətəndaşın istifadəsinə verilməyən tikilinin 3-cü mərtəbəsinin eyvanında suvaq işləri görərkən müvazinətini itirərək yıxılıb.
Oktybarın 23-də saat 00:30-da Kliniki Tibbi Mərkəzdən verilən arayışda zərərçəkənin sağ ayağında əməliyyat aparıldığı üçün izahat verməsinin mümkün olmadığı bildirilib.