419
09:30
23 Oktyabr 2019

Azərbaycanın bu ərazilərində qaz olmayacaq - DİQQƏT!

Oktyabrın 23-də 2019-cu ilin tədbirlər planına əsəsən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətləri mənbəyə birləşdiriləcək.
“Azəriqaz” İstehsalat Birliyinindən Lent.az -a verilən məlumata görə, bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. Şamaxı rayonununda isə Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır. Bu zaman saat 10:00-dan işlər başa çatanadək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.